AZ

“Bu, hər şeyi müsbət mənada dəyişdi” – O, paytaxt klubunda nəyə nail olub?

“Çelsi”nin yarımmüdafiəçisi Enzo Fernandes baş məşqçi Maurisio Poçettinonun gəlişi ilə komandada nələrin dəyişdiyini açıqlayıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı futbolçu, həmyerlisinin komandaya nizam-intizam gətirdiyini deyib:

“İş etikası başqa səviyyəyə keçib. Bu, hər şeyi müsbət mənada dəyişdi. Komanda indi tam gücü ilə işləyir”.

“Çelsi” hazırda 57 xalla Premyer Liqanın turnir cədvəlində 7-ci yerdədir.

Poçettino 2023-cü ilin mayından London komandasına rəhbərlik edir. 51 yaşlı mütəxəssislə müqavilənin daha iki il müddətinə uzadılacağı bildirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
154
50
sportinfo.az

10Mənbələr