AZ

Tbilisidə etirazçılar paytaxtın mərkəzi nəqliyyat qovşağını bloklamağa cəhd ediblər

Tbilisidə “xarici təsir” qanununa etiraz edən nümayişçilər paytaxtın mərkəzi nəqliyyat qovşağını bloklamağa cəhd ediblər.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, Qəhrəmanlar meydanına toplanan etirazçılar yolu bağlamağa çalışsalar da polis buna imkan verməyib.

Fəallardan bəzilərinin saxlanıldığı və ərazidən uzaqlaşdırıldığı bildirilib.

Ərazidə polislə etirazçılar arasında qarşıdurma olub.

Etirazçılar polisin xəbərdarlıq etmədən müdaxilə etdiyini bildiriblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
122
apa.az

1Mənbələr