AZ

Ramos “Sevilya”dan ayrılmağa qərar verdi – Yeni klubu da bilinir

“Sevilya” ilə müqaviləsinin müddəti bu ilin iyun ayının sonuna kimi qüvvədə olan Serxio Ramos doğma klubu ilə əməkdaşlığı davam etdirmək fikrində deyil.

Fanat.Az xəbər verir ki, informasiyanı “Goal” yayıb.

Mənbənin məlumatına görə, müdafiəçi karyerasını Amerikada davam etdirməyi planlaşdırır. MLS-in debütantı “San Dieqo” onu heyətinə cəlb etməyə çalışır. Serxio Ramosun komandaya azad agent kimi qoşulmaq variantını cəlbedici sayan sözügedən klubun bu yay üçün daha bir yüksək profilli hədəfi var. Belə ki, digər prioritet imza meksikalı Hirvinq Lozanodur. Cinah oyunçusunun bu yay PSV-dən ayrılaraq okeanın o tayına yollanması gözlənilir.

Qeyd edək ki, Serxio Ramos bu mövsüm “Sevilya”Nın heyətində 34 oyun keçirib, 7 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
2
7times.az

3Mənbələr