AZ

Bayden İsrailə silah satışının dayandırılmasını qadağan edən qanun layihəsinə veto qoyacaq

ABŞ Prezidenti Cozef Bayden Konqres İsrailə silah tədarükünün dayandırılmasını qadağan edən qanun layihəsini qəbul etsə, ona veto qoymaq niyyətindədir.

"Report"un məlumatına görə, bu barədə "The Hill" qəzeti Ağ Evə istinadən xəbər yayıb.

Qəzet qeyd edib ki, Bayden Nümayəndələr Palatasının respublikaçılarının ona İsrailə silah göndərməsi üçün təzyiq göstərmək məqsədilə hazırlanmış qanun layihəsinə veto qoyacaq.

Bayden İsrail ordusu Qəzza zolağında, Rəfahda əməliyyata başlayarsa, bu ölkəyə bəzi növ hücum silahları verməkdən imtina edəcəyi barədə xəbərdarlıq etdikdən sonra respublikaçılar qanun layihəsini təqdim ediblər.

Qanun layihəsi israilliləri dərhal müdafiə vasitələri ilə təmin etməyə çağırır, Baydenin təchizatı dayandırmaq qərarını pisləyir və İsrailin özünümüdafiə hüququnu təsdiqləyir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
163
50
report.az

10Mənbələr