AZ

Sosial şəbəkələrdə istifadəcilərinə XƏBƏRDARLIQ - Bu əməl hüquqi məsuliyyət YARADIR

Günümüzdə sosial şəbəkədən istifadə edənlərin sayı kifayət qədər çoxdur. Bəzən bu istifadəçilər xoşagəlməz hallarla üz-üzə gəlir. Bunlardan biri də saxta profillərlə insanların aldadılması, təhqir edilməsi, ümumiyyətlə narahat edilərək, onlara həm maddi həm də mənəvi zərərin dəyməsidir. Bəs görəsən bu halların qarşısı yetərincə alına bilinirmi?

Məsələ ilə bağlı sosioloq Üzeyir Şəfiyev Referans.az-a məlumat verib.

O bildirib ki, məsələ düşündüyümüzdən də çox ciddi bir problemdir: "Sosial şəbəkə istifadəçilərinə elə gəlir ki, onlar sərbəst zonadadır və həmin bu zonada istədiyi adamı təhqir edə bilər, alçalda bilər, aşağılaya bilər. Həm də düşünürlər ki, saxta adlarla, saxta profillərlə onları heç kim aşkarlaya bilməz. Belə düşüncə ilə onlar çox böyük yanlışlığa yol verirlər. Real həyatda necə ki, insanların bütün fəaliyyəti, hüquqazidd fəaliyyəti, hüquqi məsuliyyət yaradırsa, eləcə də sosial şəbəkədə, internet üzərində də eyni məsuliyyət daşıyırlar. Ancaq onlar bunu undurlar. Əfsusalar olsun ki, bu gün rəqəmsal cəmiyyətdə yaşadığımız reallıqda yəni informasiya əsri, internet reallığı şəraitində insanlar bu imkanlardan suistifadə edirlər".

Sosioloq bildirib ki, bir çox ölkələr sosial şəbəkələr, onların idarə olunması ilə bağlı müəyyən müqavilələr imzalayıb:
"Açıq etiraf etsək deyə bilərik ki, 2017-ci ildə Almaniya sosial şəbəkə operatorları ilə müqavilə bağladı. Müqavilədə bildirilir ki, sosial şəbəkələrdə trollar, saxta profillər, saxta imzalarla çıxış edənlərin kimliyi təsdiq edilməli, hüquq-mühafizə orqanlarına təqdim olunmalıdır. Hesab edirəm ki, bu yaxşı bir addımdır. Eyni zamanda oxşar müqaviləni Fransa da bağlayıb. Qardaş Türkiyə Respublikasında da sosial şəbəkə fəalliyyətlərini tənzimləyən qanun var. Bəli, Azərbaycanda da media haqqında qanunun 10-cu, 14-cü maddəsində bənzər müddəalar var və eyni zamanda uşaqların zərərli informasiyadan qorunması ilə bağlı ölkə başçısının imzaladığı qanun var. Ancaq güman edirəm ki, sosial şəbəkə üzərindən Azərbaycanda həyata keçirilən hüquqazidd davranışlar, əxlaqazidd davranışlar sosial şəbəkələrlə bağlı ayrıca bir qanunu da gündəmə gətirir və hesab edirəm ki, yaxın və orta perspektivdə Azərbaycanda da analoji qanun qəbul olunmalıdır. Çünki insanlar bundan çox narahatdır. Bununla bağlı maarifləndirmə işləri aparılmalıdır.Təkcə sosial şəbəkə yox, hansı viritual şəbəkə vahidi olursa olsun, fərqi yoxdur onlarla bağlı hüquqi maarifləndirmə işləri aparmalıdırlar ki, onlar öz məsuliyyətlərini başa düşsünlər və insanları narahat etməsinlər. Güman edirəm ki, Azərbaycanda artıq bununla bağlı məsələ hüquqi müstəvidə tənzimlənməlidir. Xoş haldır ki, hüquqi mühafizə orqanları, daxili işlər orqanları bir neçə trolu, bir neçə saxta profil istifadəçilərini aşkarlayaraq onların hüquqazidd əməllərini ifşa edərək hüquqi məsuliyyətə cəlb edib. Hesab edirəm ki, bu əməllər kompaniya xarakterli olmamalıdır, mütəmadi şəkildə olmalıdır. Həmçinin bu proses KİV-lə ittifaq şəklində həyata keçirilməlidir".

Bağırova Fatimə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
139
50
referans.az

10Mənbələr