AZ

Gürcüstanda qarışıqlıq riski - Rusiya vətəndaşlarına xəbərdarlıq edildi

Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, Gürcüstanda yaşayan Rusiya vətəndaşlarına izdihamlı yerlərdən uzaq durmaq çağırışı edilib.
Tbilisidə xarici agentlər haqqında qanuna qarşı kütləvi etirazlar fonunda Rusiyanın Gürcüstandakı Maraqları Bölməsi RF vətəndaşlarına müraciət edərək, onları izdihamlı yerlərdən uzaq durmağa və mitinqlərdə iştirak etməməyə çağırıb.
Rusiyanın Tbilisidə səfirliyi olmadığı üçün, müəyyən diplomatik vəzifələri İsveçrə səfirliyi yanında çalışan Rusiyanın Gürcüstandakı Maraqları Bölməsi yerinə yetirir.
Hürr Tərcüman

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
hurriyyet.az

1Mənbələr