AZ

Azərbaycanda inflyasiya 12 faizdən çox azalıb - RƏSMİ

Azərbaycan Mərkəzi Bankı (AMB) aprel ayı üzrə inflyasiya səviyyəsini açıqlayıb.

“Cebhe.info” xəbər verir ki, açıqlanan məlumata görə, cari ilin aprel ayında inflyasiya 0.7 faiz səviyyəsində olub.

Bu isə ötən ayla-mart ayı ilə müqayisədə 0.3 faiz bəndi azdır. İnflyasiya göstəricisi ötən ilin eyni dövrü (2023-cü ilin aprel ayı) ilə müqayisədə isə 12.8 faiz bəndi azdır.

Bu isə o deməkdir ki, son 1 il ərzində ölkə üzrə 12.8 faiz ucuzlaşma olub.

Qeyd edək ki, rəqəmlər Mərkəzi Bankın inflyasiya qrafikindən götürülüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
cebheinfo.az

1Mənbələr