AZ

Natiq Mehdinin qətlinə görə saxlanılan direktor müavini ilə bağlı rəsmi - Açıqlama

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov cinayət törətməkdə şübhəli bilinən 55 nömrəli məktəbin direktor müavini Elsevər İslamovla bağlı məsələyə aydınlıq gətirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında bildirib.

“Düşünürəm ki, bu məsələdə hələ tələsməyək, hüquq-mühafizə orqanlarının araşdırmasının yekun nəticəsini gözləyək. Bu şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və cinayət  məsuliyyətinə cəlb olunub. Ümid edirəm ki, ədalətli qərar olacaq”, - o vurğulayıb.

E.Bağırov, həmçinin əlavə edib ki, E.İslamov uzun müddətdir direktorun təsərrüfat işləri üzrə müavini kimi fəaliyyət göstərib, pedaqoji fəaliyyətlə məşğul olmayıb.

Gülnar Əliyeva

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
10
qafqazinfo.az

10Mənbələr