AZ

Ticarət və ictimai iaşə müəssisələrdə monitorinqlər davam etdirilir

COP29 tədbiri ilə əlaqədar ticarət və ictimai iaşə müəssisələrində monitorinqlər davam etdirilir

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ölkəmizdə keçirilməsi ilə əlaqədar nəzarət tədbirlərini davam etdirir.

Cari ilin 10-13 may tarixlərində 49 ticarət və 63 ictimai-iaşə müəssisəsində monitorinq keçirilib. Monitorinqlər zamanı 46 ticarət və 62 ictimai-iaşə müəssisəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar edilib.

Monitorinqlər zamanı aşkarlanmış nöqsanlar aşağıdakılardır:

- qida təhlükəsizliyi qeydiyyatının alınmasına dair çıxarışın olmaması;

- məhsulların minimum keyfiyyətini və təhlükəsizliyini təsdiq edən müşayiətedici sənədlərinin mövcud olmaması;

- izləmə sisteminin (QR kod) tətbiq olunmaması;

- mal qonşuluğu prinsipinin pozulması;

- temperatur rejiminə riayət olunmaması;

- süd məhsullarının tələblərə uyğun etiketlənməməsi, vitrində yerləşdirilməməsi və xüsusi işarələrin mövcud olmaması;

- istifadə müddəti bitmiş, Azərbaycan dilində markalanması, etiket məlumatları və mənşəyi məlum olmayan məhsulların mövcud olması;

- sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmaması;

- mütəmadi olaraq təmizlik və dezinfeksiya işlərinin aparılmaması;

- obliqat qrupuna daxil olan işçilərin ilkin və dövrü tibbi müayinədən keçməməsi və sanitar geyimlə təmin olunmaması.

Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı məsul şəxslərə icrası məcburi göstərişlər verilib.

AQTA bu cür nəzarət tədbirlərini mütəmadi olaraq davam etdirəcəkdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
219
19
baku.news

10Mənbələr