AZ

İndoneziyada daşqınlar nəticəsində ölənlərin sayı artıb

İndoneziyanın Qərbi Sumatra əyalətində güclü musson yağışları can və mal itkisinə səbəb olub. 

"Unikal" xəbər verir ki, İndoneziya Milli Fəlakətlə Mübarizə Agentliyinin sözçüsü Əbdül Muharinin məlumatına görə, daşqınlar səbəbindən yüzlərlə ev su altında qalıb, 1500-dən çox ailə bölgədən təxliyə edilib. 

Bölgədə həyatını itirənlərin sayının 58-ə yüksəldiyini bildirən Muhari, hadisə nəticəsində yaralanan 33 nəfərin xəstəxanaya yerləşdirildiyini qeyd edib. 

Həmçinin, itkin düşdüyü bildirilən 35 nəfərin tapılması üçün axtarış-xilasetmə işləri davam etdirilir.  

Zərifə Nağıyeva

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
13
unikal.az

8Mənbələr