AZ

Ermənistana sülhün vacibliyini etiraf etdirən FAKTORLAR: “Paşinyan Azərbaycanın qətiyyətli olduğunu görür”

“Azəraycanın gücünü, nələrə qadir olduğunu dərk edir, getdiyi yolda beynəlxalq hüququn prinsiplərinə arxalandığını bilir”.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanla sülh müqaviləsinin imzalanması barədə verdiyi müsbət mesaja münasibət bildirən Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Onun sözlərinə görə, baş nazirin sülhün vacibliyi ilə bağlı səsləndirdiyi fikir təsadüfi xarakter daşımır.

“O, Azərbaycanın sülh istiqamətində atdığı addımların qətiyyətli olduğunu görür. Həmçinin Azəraycanın gücünü, nələrə qadir olduğunu dərk edir, getdiyi yolda beynəlxalq hüququn prinsiplərinə arxalandığını bilir. Sülhün vacibliyini Ermənistana etiraf etdirən əsas faktorlar bunlardır”, – deyə deputat bildirib.

Həmçinin Aydın Hüseynov əlavə edib ki, sülh prosesi çərçivəsində delimitasiya və demarkasiya işləri başlanıb, bu da özlüyündə müsbət tendensiyadan xəbər verir:

“Qazaxıstanda vasitəçilər olmadan Azərbaycanla Ermənistan arasında keçirilən görüş İrəvanın sülh müqaviləsinin bağlanması üçün lazımi addımlar atacağını deməyə əsas verir. Vurğulamaq lazımdır ki, sülh təklifini ilk olaraq Azərbaycan irəli sürüb. Regionda yaranan yeni reallıqlar fonunda isə Ermənistanın müqaviləyə imza atması birbaşa olaraq özünün xeyrinədir”.

Nəsimi Ələsgərli

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
yenicag.az

1Mənbələr