AZ

Zelenskidən cəbhədəki vəziyyətlə bağlı QƏRAR: İki ölkəyə...

Ukrayna Prezidenti Volodimir Zelenski İspaniya və Portuqaliyaya səfərlərini ləğv edib.

 

Sfera.az bildirir ki, səbəb kimi Rusiya ilə müharibənin şiddətlənməsi göstərilib.

 

İspaniya hökuməti bununla bağlı açıqlama verməyib.

 

Səfər çərçivəsində İspaniya Kralı VI Filipin mayın 17-də Zelenskinin şərəfinə ziyafət verməsi, o cümlədən Ukrayna liderinin İspaniyanın baş naziri Pedro Sançes ilə təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlıq sazişi imzalaması gözlənilirdi.

 

Portuqaliya hökumətindən verilən açıqlamada isə Zelenskinin səfəri ləğv etdiyi qeyd edilib, lakin heç bir səbəb göstərilməyib.

 

Qeyd edək ki, İspaniya 2022-ci ilin fevralında müharibə başlayandan bəri Ukraynaya maddi və hərbi dəstək verilməsinin vacibliyini müdafiə edib.

 

Günay

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
1
sfera.az

2Mənbələr