AZ

Azərbaycanın hokkey komandası A qrupuna yüksəlib

Azərbaycanın hokkey komandası növbəti oyununu keçirib.

İdman.biz xəbər verir ki, “Baku Flames” Tatarıstanın paytaxtı Kazan şəhərində İslam ölkələri arasında keçirilən “Orxis Cup” ikinci beynəlxalq hokkey turnirində 3-cü matçına çıxıb.

B qrupunun final matçında Bəhreynlə qarşılaşan komandamız qələbə qazanıb – 7:3. Bununla da “Baku Flames” B qrupunun qalibi kimi A qrupuna vəsiqə qazanıb

Qeyd edək ki, təmsilçimiz bunadək Bəhreyni 8:3, İranı 11:6 hesabı ilə məğlub edib.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
141
1
idman.biz

3Mənbələr