AZ

Paşinyanın Azərbaycanla sülhdən danışması tezdir

“Azərbaycanla əldə olunan razılaşmaların sülh müqaviləsinə daxil edilməsinin və imzalanmasının vaxtı çatıb”.

Bunun Ermənistanın Baş naziri Nikol Paşinyan Kopenhagen Demokratiya Sammitində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Ermənistan bütün çağırışlara baxmayaraq davamlı və sabit sülhün demokratiyanın arzuolunan mayakı olduğuna inanır:

“Mənim hökumətim bununla bağlı məsuliyyəti öz üzərinə götürüb. Biz bu yaxınlarda Azərbaycanla 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında dövlətlərarası sərhədlərimizin demarkasiyası prosesinə başlamaq barədə razılığa gəldik. Bu o deməkdir ki, demarkasiya zamanı biz sadəcə olaraq Sovet Ermənistanı ilə Sovet Azərbaycanı arasındakı inzibati sərhədləri bərpa etməliyik ki, bu da Alma-Ata Bəyannaməsinə görə dövlət sərhədinə çevrilir”.

Nikol Paşinyanın qeyd edilən açıqlaması yaxın aylarda Azərbaycanla Ermənistan arasında çərçivə sazişinin imzalanmasının mümkünlüyü ilə bağlı suallar yaradıb. Lakin sülh müqaviləsindən danışmasından əvvəl hansı razılaşmaların əldə olunduğuna diqqət yetirmək lazımdır.

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin mayın 10-11-də Almatıda keçirilən görüşündə sülh sazişinin mətninə dair fikir ayrılığının qaldığını nəzərə alsaq, deməli Paşinyanın dedikləri reallığı əks etdirmir.

Ermənistanın Baş naziri Alma-Ata Bəyannaməsinə əsasən, Azərbaycanla Sovet dövründə mövcud olmuş inzibati sərhədlərin dövlətlərarası sərhəd xətti kimi tanınmasına dair razılaşmanın əldə olunduğunu iddia edir. Halbuki, Alma-Ata Bəyannaməsində “inzibati sərhədlər” ifadəsi yoxdur.

Ona görə də Azərbaycanla Ermənistan arasında belə bir razılaşma olmayıb. Alma-Ata Bəyannaməsinin 3-cü bəndində qeyd edilir ki, respublikaların sərhədləri dəyişdirilməməlidir. Ermənistan həmin vaxt işğalçılıq müharibəsinə başlamaqla Azərbaycanla sərhədlərdən imtina edib və sözügedən prinsipi pozub. Sərhədlərin müəyyənləşməsi isə yalnız hər iki ölkə arasında aparılan danışıqların nəticəsindən asılı ola bilər.

Konstitusiya ilə müasir Azərbaycan dövləti Azərbaycan SSR-in siyasi varisi deyil. Müasir Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisidir. Ermənistan da Konstitusiya görə, 1918-1920-ci illərdə mövcud olmuş Ermənistan Respublikasının siyasi varisi hesab edilir.

Bu baxımdan, Azərbaycan SSR-in inzibati sərhədləri dövlətlərarası sərhəd xətti kimi tanınması üçün əsas götürülə bilməz. Ermənistan isə Alma-Ata Bəyannaməsinin imzalandığı dövrə aid xəritələrin tətbiqində israr etməklə Sovet dövründə qanunsuz olaraq Azərbaycandan aldığı torpaqları öz ərazisi kimi rəsmiləşdirməyə çalışır.

Əslində hər iki ölkənin ərazi ölçüsü və sərhəd xətti ilə bağlı yalnız delimitasiya və demarkasiya prosesi başa çatdıqdan sonra dəqiq fikir söyləmək olar. Sülh müqaviləsinin imzalanmasına problem yaradan digər səbəb Ermənistanın Konstitusiyasında və qanunvericilik aktlarında Azərbaycana qarşı ərazi iddilarının qalması ilə bağlıdır.

Nikol Paşinyan hakimiyyəti həmin maddələrə xitam verəcəyinə və Ermənistanın Konstitusiyasını qəbul edəcəyini vəd etsə də, Azərbaycanın bu tələbini yerinə yetirmir. Bu da Ermənistan tərəfindən Azərbaycana qarşı ərazi iddilarının davam etməsi üçün hüquqi əsas yaradır. Ona görə də Nikol Paşinyan Ermənistanın Konstitusiya və digər hüquqi-normativ aktlarını yeniləmədən Azərbaycanla sülhdən danışması tezdir. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
50
cebheinfo.az

10Mənbələr