AZ

"Rusiya bu məsələdəErmənistana güzəştə getməyəcək" - Siyasi şərhçi

Keçmiş qondarma rejimin “təhlükəsizlik şurasının katibi” Samvel Babayan deyib ki, Azərbaycana Naxçıvana çıxış üçün Kalininqrad variantından istifadə etmək imkanı vermək lazımdır. Kalininqrad variantı mövzusu xeyli vaxtdır gündəmə gətirilib.

“Ermənistan tərəfindən belə bir fikrin səsləndirilməsi olduqca maraqlıdır. Belə ki, Paşinyanın son Moskva səfərindən sonra ona yaxın olan şəxsi bu fikri səsləndirməsi özlüyündə böyük maraq doğurur. Belə ki, məlum məsələ idi ki, Naxçıvan yolunun verilməsi açıq şəkildə də olmasa 10 Noyabr bəyanatında əks olunmuşdur. Ermənistanı bu məsələdə sadəcə narahat edən fakt dəhlizin təhlükəsizliyinə kimi cavabdeh olacağı məqam idi. Bu əslində Qərbi də maraqlandıran suallardan biridir. Qərb də hər vəchlə Rusiya bu məsələdə kənarda saxlamağa çalışır”.

Bu sözləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Amid Əliyev deyib.

Siyasi şərhçi qeyd edib ki, hazırki məqamda Ermənistan tərəfindən bu fikirlərin səsləndirilməsi Paşinyanın Moskva görüşündə Kreml pərdəarxasında bu məsələni ciddi şəkildə müzakirə edib deməyimizəəsas verir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
aznews.az

1Mənbələr