AZ

Avropada sui-qəsd cəhdi: Baş naziri yaraladılar - FOTO

Slovakiyanın Baş naziri Robert Fitso kabinetin iclasından sonra baş verən atışmada yaralanıb.

“Report”un məlumatına görə, bu barədə yerli mətbuat xəbər yayıb.

Məlumata görə, atəş Fitso ictimaiyyət arasında çıxdıqdan sonra açılıb. R.Fitso sinə və qarın nahiyəsindən çoxsaylı güllə yarası alıb. O, Bratislavadakı xəstəxanaya çatdırılıb.

Bildirilib ki, hücum edən şəxs saxlanılıb və onun hərəkətinin motivləri məlum deyil.

Slovakiya Prezidenti Zuzana Çaputova hücumu pisləyib.

 

 

 

 

 

 

 

 

 

 

Slovakiyanın Baş naziri Robert Fitso döş qəfəsi və qarın nahiyəsindən çoxsaylı güllə yarası alıb.

Helikopterlə Bratislavaya aparılan baş nazirin vəziyyətinin çox ağır olduğu bildirilir.

Slovakiya Prezidenti Zuzana Çaputova baş nazirə edilən bu qəddar hücumu pisləyib.

Şahidlərin dediklərinə görə, Fitso Nazirlər Kabinetinin iclasından sonra xalqın qarşısına çıxdığı zaman ard-arda üç-dörd güllə səsi eşidilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
148
2
qaziler.az

3Mənbələr