AZ

Bakıda keçirilən "Fintex Summit 2024"ün ikinci günüdür

Bakıda "Fintex Summit 2024"ün ikinci gününə start verilib.

Olaylar xəbər verir ki, sammitin ikinci günü çərçivəsində iki panel iclası keçiriləcək.

Panellərdə maliyyə sahəsində dələduzluğun qarşısının alınması, fintex sahəsinin inkişafı və çağırışlar müzakirə ediləcək.

Qeyd edək ki, "Fintex Summit 2024" mayın 15-də başlayıb və bu gün başa çatacaq.

Sammitin ilk günündə Azərbaycanda rəqəmsallaşma prosesləri, ödənişlər sənayesinin gələcəyi, süni intellektin tətbiq edilməsi, nağdsız ödənişlərin inkişafı, regionda finteks sahəsinin inkişafı və rəqəmsal valyutalar ətrafında fikir mübadiləsi aparılıb.

Spikerlər öz çıxışlarında ölkələrdə ödəniş sistemlərinin inkişafı, açıq bankçılıqdan, süni intellektin tətbiqinin müsbət və mənfi cəhətlərindən, nağdsız ödənişlərə keçidin sürətləndirilməsindən, rəqəmsal valyutaların gələcəyindən danışıblar.

Bakıda

Bakıda

Bakıda

Bakıda

Bakıda

Bakıda

Bakıda

Bakıda

Bakıda

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
4
olaylar.az

6Mənbələr