AZ

Qonşuluğumuzda inqilab rüzgarı – üç nazirin mitinqdə iştirakı göstərir ki…

“Bu dostluq deyil, düşmənçilikdir, ölkədə qütbləşməni qızışdırmaq cəhdidir”.
Tribunainfo.az xəbər verir ki, bunu hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze İslandiya, Litva və Estoniya xarici işlər nazirlərinin Tbilisidə nümayişlərdə iştirakına münasibət bildirərkən deyib. “Xarici işlər nazirimizin, belə demək mümkünsə, digər ölkəyə gedib müxalifətin mitinqində çıxış etməsini necə təsəvvür edirsiniz? Bu necə münasibətdir? Bu, həqiqətənmi dostluqdur?”, – deyə Kaladze vurğulayb.


Siyasi ekspert Fuad Əliyev Tribunainfo.az-a deyib ki, Kaladze haqlıdır və üç ölkənin diplomatları Vyana konvensiyasını pozublar. Ekspert hesab edir ki, konvensiyaya görə bir dövlətin xarici işlər naziri başqa ölkənin daxili siyasətinə qarışa bilməz və diplomatik qaydaların pozulmasıdır. F. Əliyevə görə ümumiyyətlə XİN başçılarının mitinqdə iştirakı diplomatik skandaldır və açıq şəkildə inqilabi prosesə dəstək verməkdir: “Bununla Qərb bütün kartları açdı. Demək istəyirlər ki, sizinləyik və küçə hərəkatını davam etdirin. Bu, əlbəttə ki Gürcüstan hökumətinə əsas verir. Rəsmi Tiflis həmin ölkələrdə olan səfirlərini geri çağıra, diplomatik əlaqələri dayandıra bilər. Məncə, Gürcüstanda oktyabr seçkilərinə zəmin hazırlanır. Avropa aydın şəkildə növbəti siyasi hakimiyyət dəyişikliyinə hazırlaşır, amma alınmayacaq”.

Roman

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
tribunainfo.az

1Mənbələr