AZ

“Rabitəbank”ın rəhbərliyinə təyinatlar olub

“Rabitəbank” ASC-nin Müşahidə Şurasına yeni üzvlər seçilib və üzvlərin sayı 5-ə yüksəlib.

Banker.az xəbər verir ki, səhmdarların Ümumi Yığıncağının qərarına əsasən, Rəşad Abbasov Səməndər oğlu və Zaur Baxşəliyev Müşfiq oğlu Müşahidə Şurasına üzv seçiliblər.

Zaur Baxşəliyev 2024-cü ilin martında Audit Komitəsinin üzvü seçilmişdi. O həmçinin 2023-cü ilin noyabrında təsis edilmiş “MGN Capital Bank Olmayan Kredit Təşkilatı” MMC-nin Müşahidə Şurasının üzvüdür.

Bankın Müşahidə Şurasına Zakir Nuriyev sədrlik edir. Bundan sonra onunla bərabər ümumilikdə 4 üzv olacaq. Digər iki üzv isə Aslan Xasiyev Tarqulu oğlu və Rauf Əliyev Zeynal oğludur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
50
banker.az

10Mənbələr