AZ

Braziliyada daşqın nəticəsində ölənlərin sayı 150-yə yüksəlib

Braziliyada leysan yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayının 150-yə, itkin düşənlərin sayının isə 112-yə yüksəldiyi bildirilib.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə nazirliyi məlumat yayıb.
 
Açıqlamada yaralananların sayının 807-yə yüksəldiyi və seldən zərər çəkənlərin sayının 2 milyon 120 mini, köçkünlərin sayının isə 620 mini keçdiyi bildirilib.
 
Fəlakət bölgəsindən 80 min insanın xilas edildiyi, axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib.

Digər tərəfdən, fəlakət bölgəsinə üçüncü dəfə səfər edən prezident Luiz İnasio Lula da Silvanın yeni yardım paketlərini açıqlayacağı da paylaşılıb.

Bildirilib ki, Braziliya Nümayəndələr Palatasında keçirilən səsvermədə Rio Grande do Sul əyalətinin Xəzinədarlığa olan borcunun 3 il müddətinə təxirə salınması qərarı yekdilliklə qəbul edilib.
 
Mikayıl
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
192
5
azxeber.com

4Mənbələr