AZ

Zümrüd cin atına mindi: “Murdarsınız, sizə yazığım gəlir”

“Bəzi iyrənc məxluqlara görə adam işindən diksinir. Məndən əl çəkin, gedin gündəminizi qurun”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri teleaparıcı Zümrüd Bədəlova “Insatgram” hesabındakı paylaşımında yazıb.

Bədəlova onun haqqında yazılan xəbərlərin başlıqlarından narahat olduğunu və bundan sonra heç kimə müsahibə verməyəcəyini qeyd edib:

“Bir də müsahibə üçün məni heç kim narahat etməsin. Murdarsınız! Yalan-dolan, əxlaqınıza uyğun başlıqlarla guya bomba iş görürsünüz. Sizə yazığım gəlir. Mənim dünya-aləm vecimə deyil. Allahım yaşayışımı da, ürəyimi də bilir. Çox şükür, həyatımdan məmnunam. Amma siz yanacaqsınız. Necə ki, yanırsınız. Qoyduğunuz başlıqlar kimi həyatınız da boşdur. O başlıqlarla, şərhlərlə qazandıqlarınız burnunuzdan gəlsin”.

Ziyafət Əlisoy

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
137
7
bakivaxti.az

8Mənbələr