AZ

Ağdamda nöqsanlar aşkarlanan kafenin fəaliyyəti məhdudlaşdırılıb

Bakı, 16 may, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Ağdam rayonunun Quzanlı qəsəbəsində fəaliyyət göstərən “Quzanlı” kafesində yoxlama aparılıb.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yoxlama zamanı sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı, qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktların tələblərinin pozulduğu məlum olub.

Müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi, mal qonşuluğu prinsipinə əməl edilmədiyi, ərzaq məhsullarının birbaşa döşəmənin üzərində saxlanıldığı aşkarlanıb. Eyni zamanda istifadə edilən alət və avadanlıqların təmizliyinə müntəzəm olaraq nəzarət edilmədiyi, işçi heyətin dövri tibbi müayinələrdən keçmədiyi və xüsusi geyimlə təmin olunmadığı, havalandırma sisteminin quraşdırılmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar müəyyən olunub.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib edilib. İctimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb, icrası məcburi göstərişlər verilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
3
azertag.az

4Mənbələr