AZ

Yeni Kaledoniyadakı iğtişaşlar Fransanın neokolonial siyasətinin uğursuzluğunu sübut edir - La Gazette du Caucase

Bakı. Trend:

Yeni Kaledoniyadakı iğtişaşlar Fransanın neokolonial siyasətininuğursuzluğunu sübut edir.

Trend xəbərverir ki, bu barədə Fransanın La Gazette Du Caucase nəşrində dərc olunanməqalədə deyilir.

Materialın müəllifləri qeyd edir ki, Fransa neokolonializmindənəziyyət çəkən Afrika və Asiya xalqları bu gün Azərbaycandan mühümdəstək görür.

"Qoşulmama Hərəkatının ozamankı sədri Azərbaycan 2023-cü iliniyulunda müstəmləkəçiliyin tam ləğvini hədəfləyən Bakı TəşəbbüsQrupunu yaradıb. Qrup muxtariyyət və ya müstəqillik tələb edənxalqları dəstəkləmək və onların BMT-nin müstəmləkəçilikdən azadedilməli ölkələr siyahısına daxil edilməsinə nail olmaq məqsədidaşıyır. Bu siyahıya artıq Fransa Polineziyası və Yeni Kaledoniyadaxildir. Metropoliyanın hüdudlarından kənarda daha böyük sahədəərazilərə malik olan Fransa, təbii ki, bu prosesin mərkəzindədir",- deyə məqalədə qeyd olunub.

Bundan başqa, müəlliflər qeyd edir ki, Fransa keçmiş müstəmləkəxalqlarının Bakı ilə yaxınlığından son dərəcə narahatdır və özününQarabağdakı separatçı erməniləri fəal şəkildə dəstəklədiyini unudurki, bu da Fransanın özünün də imzaladığı dörd BMT qətnaməsi iləziddiyyət təşkil edir.

"Sol əl sağ əlin etdiklərindən xəbərsiz olduqda... Bu dəstək bugün Bakı ilə İrəvan arasında Fransanın iştirakı olmadan imzalanansazişlərin fonunda heç bir əhəmiyyət kəsb etmir.

Məhz enerji ehtiyatları üzərində nəzarət Avropaya hökmranlıqverdi. Bu gün yeni sənaye sahələri üçün zəruri ehtiyatlar Qərbinhüdudlarından kənarda - Afrikada, Yaxın Şərqdə və Asiyada yerləşir.Qərb tərəfindən müstəmləkələşdirilən bu regionların xalqlarımüstəqil olma prosesindədirlər. Bu, keçmiş əzəməti üçün nisgillənənQərbin xoşuna gəlməyə bilər, lakin yeni dünya artıqyaranmaqdadır.

Bu yeni dünyanın insanları artıq onlara çürüyən Qərbinvassalları kimin baxılması ilə barışmırlar. Bunu dərk etməyən Qərböz çöküşünü sürətləndirir, çünki bu xalqları özünün bərabər hüquqlumüttəfiqləri və tərəfdaşları etmək yerinə, o qazana bilmədiyi vəson nəticədə diskriminasiya, bəzən isə hətta soyqırım siyasətivasitəsilə onu daxildən məhv edəcək iqtisadi, mədəni və hərbimüharibədə özü üçün düşmənlər yaradır. Fransa tarixdən geri qalır -bu ölkə üçün kədərli taledir", - deyə sonda qeyd olunub.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
3
az.trend.az

4Mənbələr