AZ

Son 4 ayda pensiya ödənişlərinə 263 mln. manat çox olmaqla 2 mlrd. 152 mln. manat yönəldilib

4 ayın sosial göstəriciləri

 

Cari ilin yanvar-aprel aylarında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 14 faiz (263 mln. manat) çox olmaqla 2 mlrd. 152 mln. manat vəsait yönəldilib.

 

Pensiya artımı istiqamətində növbəti addım kimi 2024-cü il yanvarın 1-dən bütün pensiyalar ötən il üzrə orta aylıq əməkhaqqının illik artım tempinə uyğun olaraq 11,2 faiz indeksləşdirilməklə artırılıb. 

 

Son 4 ayda 15 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 117 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
111
33
qht.az

10Mənbələr