AZ

Slovakiyanın baş nazirinin vəziyyəti ağır olaraq qalır

Slovakiyanın baş nazirinin vəziyyəti ağır olaraq qalır

Slovakiya baş nazirinin müavini və müdafiə naziri Robert Kalinak dünən hücuma məruz qalan baş nazir Robert Fikonun əməliyyatdan sonra vəziyyətinin stabil olduğunu, lakin hələ də ağır olaraq qaldığını açıqlayıb.



Slovakiya baş nazirinin müavini və müdafiə naziri Robert Kalinak Banska Bystrica əyalətindəki Ruzvelt xəstəxanasının direktoru Miriam Lapunikova ilə keçirdiyi mətbuat konfransında baş nazir Robert Fikonun son vəziyyəti ilə bağlı məlumata açıqlama verib.

Baş nazirin vəziyyətinin əməliyyatdan sonra stabilləşsə də, ağır olaraq qaldığını bildirən Kalinak Fikonun bunun da öhdəsindən gələcəyinə tam inandığını söyləyib.

Xəstəxana müdiri Lapunikova da Fikonun bir çox yerindən vurulduğunu və əməliyyatın 5 saat davam etdiyini, Baş nazirin müalicəsinin xəstəxananın xüsusi bölməsində davam etdiyini bildirib.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
38
afn.az

10Mənbələr