AZ

CAR Azərbaycanda diplomatik missiya açmaq niyyətindədir

Cənubi Afrika Respublikası (CAR) yaxın gələcəkdə Azərbaycanda diplomatik missiya aça bilər.

Bunu "Report"un Ankara bürosuna müsahibəsində CAR-ın Azərbaycan üzrə qeyri-rezident səfiri xanım Dipuo Berta Letsatsi-Duba bildirib.

"Azərbaycanın ölkəmizdə səfirliyi fəaliyyət göstərir. CAR yaxın gələcəkdə yaradılacaq diplomatik missiyası vasitəsilə Azərbaycanla əlaqələri daha da gücləndirmək niyyətindədir", - o deyib.

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz!

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
5
report.az

6Mənbələr