AZ

Zelenski Xarkovu müdafiə etmək üçün iki "Patriot" sisteminə ehtiyac olduğunu bildirib

Ukraynanın “Patriot” sistemləri olarsa, Rusiya Xarkovu işğal edə bilməz.

APA xəbər verir ki, bunu Xarkovda səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenski ABC telekanalına müsahibəsində deyib.

Xarkovda xəstəxanada yaralı hərbçiləri ziyarət edən Prezident Zelenski ABC-nin jurnalisti ilə ayaqüstü müsahibəsində bildirib ki, döyüş meydanında vəziyyət çətindir: “Briqadalarımız tam təchiz olunmayıb, çünki biz hərbi yardım paketini 8 ay gözləməli olmuşuq”.

Ukrayna Prezidenti ölkəsinin təcili şəkildə havadan müdafiə sistemlərinə ehtiyac duyduğunu vurğulayıb: “Biz bu region barədə, Xarkov barədə danışırıqsa, əgər bizim iki "Patriot" sistemimiz burda olsa, Rusiya buranı işğal edə bilməz. Sadəcə iki sistem”.

Ukrayna dövlət başçısı hərbi yardıma görə ABŞ və digər ölkələrə təşəkkür edib, lakin o, bir daha vurğulayıb ki, gecikmələrin ağır nəticələri olur.

Vladimir Zelenski jurnalistin bu vəziyyətdə ABŞ-nin günahkar olmasına dair sualı isə belə cavab verib: “İndi Xarkovda baş verənlərin günahkarı dünyadır. Dünya Putinə bu imkanı verdi ki, o, işğal etsin. Lakin indi dünya bizə kömək edə bilər”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
50
apa.az

10Mənbələr