AZ

Elnarə oğlu ilə bağlı fikirlərinə aydınlıq gətirdi: "Hesabat verəsi deyiləm ki..."

"Ümumiyyətlə, bu haqda heç bir söz demək istəmirəm. Fikrimi adekvat anlayanlar da var. Hər kəs öz istədiyi kimi başa düşür və anlaya biləcək nöqtəyə qədər də anlayır. Heç kimə nə izahat, nə də hesabat vermək istəmirəm. Çünki adekvat anlayanlar başa düşürlər".

Bu sözləri Teleqraf.com-a açıqlamasında müğənni Elnarə Xəlilova verilişlərin birində oğlu Ərtoğrul haqqındakı fikirlərinin birmənalı qarşılanmamasına münasibət bildirərkən deyib.

İfaçı uşaqlar üçün "Kukla" adlı klip çəkdirdiyini də bildirib: "Hazırda "Kukla" adlı klip çəkdirirəm. Duet ortağım Lətifə adlı 7 yaşlı bir xanımdır. Təbii ki, klip çəkdirmək uşaqlara olan böyük sevgimdən və qayğımdan irəli gəlir. Klipi 1 iyun Uşaqların Müdafiəsi Günü təqdim etməyi düşünürəm. İnşallah ki, tamaşaçılar bəyənərlər".

Qeyd edək ki, Elnarə Xəlilova dəvət olunduğu verilişdə "Ərtoğrul bizim kuklamızdır. Bu gün də həyat yoldaşım Rövşənlə onu ortamızda yatızdırırıq. Səhərə qədər o öpür, mən öpürəm. Səhərə qədər Ərtoğrul ilə sevişirik".


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
teleqraf.com

1Mənbələr