AZ

Teymur Rəcəbov heç-heçə etdi

BƏƏ-də Şarjah Masters şahmat turnirinin 3-cü turu azərbaycanlı şahmatçıların dueli ilə yadda qalıb.

Apasport.az xəbər verir ki, Eltac Səfərli ilə Teymur Rəcəbov üz-üzə gəlib.

Təmsilçilərimizin görüşü sülhlə başa çatıb. Digər 2 şahmatçımız Məhəmməd Muradlı və Aydın Suleymanlı günü qələbə ilə başa vurub. Məhəmməd macar, Aydın isə türkiyəli rəqibini məğub edib.

Qeyd edək ki, 3 turdan sonra 2 xal toplayan Məhəmməd Muradlı 10-cu, Aydın Suleymanlı 29-cu, 1,5 xala malik Eltac Səfərli 40-cı, Teymur Rəcəbov isə 50-ci pillədə qərarlaşıb.

Şarjah Masters, III tur
Eltac Səfərli – Teymur Rəcəbov – 0,5:0,5
Sanan Sjuqirov (Macarıstan) – Məhəmməd Muradlı – 0:1
Yaqiz Kaan Erdoğmuş (Türkiyə) – Aydın Suleymanlı – 0:1

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
apasport.az

1Mənbələr