AZ

İndoneziyada vulkan püskürdü! Xəbərdarlıq səviyyəsi maksimuma yüksəldi

İndoneziyanın Şimali Maluku əyalətindəki İbu vulkanında baş verən silsilə püskürmələrdən sonra xəbərdarlıq səviyyəsi ən yüksək səviyyəyə qaldırılıb.

Sitat.info xəbər verir ki, bu barədə İndoneziya Geologiya İdarəsinin rəsmisi Məhəmməd açıqlama verib.

O, əyalətdəki Halmahera adasındakı vulkanın fəaliyyətlərinin araşdırılması nəticəsində xəbərdarlıq səviyyəsinin ən yüksək olan 3-dən 4-ə yüksəldildiyini bildirib.

Səlahiyyətlilər yerli əhaliyə və turistlərə 1325 metr yüksəklikdəki İbu vulkanının 7 kilometrliyində heç bir fəaliyyətlə məşğul olmamaq barədə xəbərdarlıq edib.

Türkan 

Sitat.info

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
172
3
sitat.info

5Mənbələr