AZ

Fransa millisinin AVRO-2024 üçün heyəti açıqlanıb

Avropa çempionatında iştirak edəcək futbol üzrə Fransa milli komandasının heyəti açıqlanıb.

Apasport.az xəbər verir ki, D qrupunda yer alan yığmanın baş məşqçisi Didye Deşam 24 futbolçuya güvənib.

Qapıçılar: Alfons Areola ("Vest Hem"), Mayk Menyan ("Milan"), Bris Samba ("Lans")

Müdafiəçilər: Jül Kunde ("Barselona"), Conatan Kloss ("Marsel"), Benjamin Pavar ("İnter"), İbraima Konate ("Liverpul"), Vilyam Saliba ("Arsenal"), Dayo Upamekano ("Bavariya"), Teo Ernandes ("Milan"), Ferlan Mendi ("Real", Madrid)

Yarımmüdafiəçilər: Seko Fofana ("Əl-İttifaq"), Adrian Rabio ("Yuventus"), Varren Zair-Emri (PSJ), Orelen Çuameni ("Real", Madrid), Antuan Qrizmann ("Atletiko", Madrid), Nqolo Kante ("Əl-Hilal")

Hücumçular: Bradli Barkola (PSJ), Usman Dembele (PSJ), Kinqsli Koman ("Bavariya"), Olivye Jiru (“Los-Anceles”) Kolo Muani (PSJ) Kilian Mbappe (PSJ), Markus Türam ("İnter")

Qeyd edək ki, iyunun 14-də start götürəcək AVRO-2024-ə iyulun 15-də yekun vurulacaq. Fransa millisi D qrupunda Niderland, Avstriya və Polşa yığmaları ilə mübarizə aparacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
216
14
apasport.az

10Mənbələr