AZ

Macarıstan Avropa Şurasının Ukrayna ilə bağlı qərarına veto qoyub

Budapeşt Avropa Şurasının (AŞ) Ukraynadakı münaqişənin həlli ilə bağlı qətnaməsinə veto qoyub, çünki orada yalnız Kiyevin dəstəklədiyi “sülh formulu” qeyd edilib.

"Operativ Media" xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.

“Bu gün Şura yalnız prezident Zelenskinin sülh planını nəzərə alınmalı və dəstəklənməli olan. sülh formulu kimi tanıyan qətnamə qəbul etmək istədi. Bu, bizim üçün qəbuledilməzdir. Başqaları da Ukrayna prezidentininkindən pis olmayan sülh planları hazırlayıblar”, - o bildirib.

Siyarto xatırladıb ki, o, digər ölkələrin sülh təşəbbüslərinin qətnamə layihəsinə daxil edilməsini təklif edib. Onun tərtibi əksəriyyət tərəfindən rədd edildiyi üçün Macarıstan sənədi bloklamaq qərarına gəlib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
operativmedia.az

1Mənbələr