AZ

Joel Matip "Liverpul"dan ayrılacaq

32 yaşlı kamerunlu mərkəz müdafiəçisi Joel Matip "Liverpul"da 8 mövsüm keçirdikdən sonra iyunda alman Yurgen Kloppun rəhbərlik etdiyi komandadan ayrılacaq.

"Operativ Media" xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

"Liverpul"dan verilən açıqlamada “Bir çox titullar qazandıqdan sonra Matip “Enfild”dən ayrılaraq karyerasının yeni mərhələsinə başlayacaq. Sakit və balanslı mərkəz müdafiəçisi "Şalke"dən transfer olunan Yurgen Kloppun ilk heyətinə cəlb olunanlardan biri idi. Bu müqavilə klub tarixindəki ən yaxşı müqavilələrdən biri idi” deyə bildirilib.

Matip "Liverpul"la 201 matçda iştirak edib, 11 qol vurub, 6 məhsuldar ötürmə edib. İngiltərə çempionu, kubokun qalibi, super kubokun qalibi, İngiltərə Liqa kubokunun qalibi, Çempionlar Kubokunun qalibi, Avropa Superkubokunun qalibi olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
operativmedia.az

1Mənbələr