AZ

Azərbaycanda keçən il rekord sayda abort olub

Azərbaycanda 2023-cü ildə 73816 abort qeydə alınıb.

Heftelik.az-ın xəbərinə görə, bu barədə  APA-nın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib.

5-17 yaş üzrə 68, 18-19 yaş üzrə 2528, 20-24 yaş üzrə 12315, 25-29 yaş üzrə 22140, 30-34 yaş üzrə 22306, 35-49 yaş üzrə 14376 abort faktı qeydə alınıb.

Həmçinin bildirilib ki, abortların ümumi sayında dərmanla aparılanların sayı 630, birinci hamiləliyin pozulması ilə nəticələnənlərin sayı isə 2203 olub.

Qeyd edək ki, , Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il üzrə ilkin məlumatına əsasən, 2022-ci ildə  Azərbaycanda ümumi abortların sayı 31 747 olub. Dövlət Statistika Komitəsinin məlumatına görə isə 2022-ci ildə 58 min abort qeydə alınıb. Onlardan 14 min 900-ü mini abort, 500-ü dərman vasitələri ilə aparılan abortlar olub.

Beləliklə, 2022-ci illə müqayisədə 2023-cü ildə abortların sayı rekord səviyyədə artıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
151
8
heftelik.az

9Mənbələr