AZ

Ukrayna dronları Sevastopol, Novorossiysk və Tuapseyə zərbələr endirib

Ukrayna

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) və Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (GUR) Sevastopol, Novorossiysk və Tuapsedə hücumlar təşkil edib.

Reyting.az
xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Xüsusilə, ötən gecə Krımda və Rusiyanın Qara dəniz sahillərində yerləşən Rusiya hərbi logistika obyektləri üçün gözlənilməz olub. Həmçinin, GUR kəşfiyyatçıları Novorossiysk dəniz limanını, SBU nümayəndələri isə Tuapse neft emalı zavodunu hədəfə alıb. Novorossiysk dəniz limanında neft terminalı yaxınlığında və dəmir yolu stansiyasında partlayış baş verib. Eyni zamanda, SBU dronları rusların bərpa etməyə başladığı Tuapse neft emalı zavodunu vurub.

Rusiya mətbuatının məlumatına görə, Ukrayna dronları Novorossiysk “İmportpischeprom” mazut terminalına, həmçinin Kirillovka kəndindəki “Qazprom”un neft bazasına və “Transneft”in Qruşevaya Balka neft bazasını hədəfə alıb.

ELÇİN
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
reyting.az

1Mənbələr