AZ

Belarus Qarabağda 420 ailə üçün yaşayış məntəqəsi tikməyi planlaşdırır

Belarus Qarabağda 420 ailə üçün yaşayış məntəqəsi tikməyi planlaşdırır.

Bu barədə jurnalistlərə Belarusun memarlıq və tikinti naziri Ruslan Parxamoviç məlumat verib.

“İndi biz yeni ciddi addım barədə razılığa gəlmişik. Aqroşəhərcik kimi konkret yaşayış məntəqəsinin salınması planlaşdırılıb. Biz Kənd Təsərrüfatı Nazirliyindən olan həmkarlarımızla birgə işləyəcəyik, çünki burada məqsədimiz insanları təkcə rahat mənzillərlə təmin etmək deyil, həm də onlara münasib iş yerləri vermək istəyirik.

Düşünürəm ki, yaxın bir neçə ay ərzində biz bununla bağlı konsepsiyanı hazırlayaraq azərbaycanlı həmkarlarımıza təqdim edəcəyik”, - deyə o bildirib.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
3
news365.az

4Mənbələr