AZ

Lerikdə uçqun baş verən ərazidə nəqliyyatın hərəkəti nəzarətə götürülüb

Lerik, 17 may, İlkin Adıyev, AZƏRTAC

Lerikdə uçqun baş verən ərazidə nəqliyyatın hərəkəti nəzarətə götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, uçqun baş verən əraziyə gedən yolda Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən təhlükəsizlik tədbirləri görülüb. Baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının alınması məqsədilə həmin istiqamətdə nəqliyyatın hərəkəti nəzarətdə saxlanılır.

Qeyd edək ki, yol hələlik bağlıdır. Ərazidə texnikalar işləyir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
642
7
azertag.az

9Mənbələr