AZ

Misirdə sirli yeraltı tikili tapılıb - Fotolar

Misirdə

Arxeoloqlar Misirdə Giza piramidalarının yaxınlığında sirli yeraltı tikili tapıblar. Qədim tikilinin L formasında olması elmi baxımdan çox qiymətli hesab olunan "Xəzinə”nin təbii mənşəyi haqqında bəzi şübhələr yaradır.

Reyting.az
xəbər verir ki, Yaponiya və Misir alimlərinin əməyi nəticəsində Gizadakı nəhəng nekropolun strukturunun tarixi əhəmiyyət kəsb edən bəzi təfərrüatları ortaya çıxıb.

Alimlərin diqqətini cəlb edən əsasmüəmmalı məsələlərdən biri də buradakı boş sahənin qorunması faktıdır.



Elm adamlarının dediklərinə görə, Gizada yerləşən bu nekropolun ərazisində ancaq elit təbəqə, hakim ailənin üzvləri, yüksək səlahiyyətlilər, eləcə də dövrünün nüfuz sahibi olan məmurlar dəfn edilib. Onlar yastı damlı qəbirlərdə basdırılıblar.

Alimlər bildiriblər ki, burada dəfn edilən bütün şəxslərin türbələri sıra ilə yerləşsə də, onların arasında indiyədək dərindən öyrənilməmiş boş sahə mövcuddur. Məhz buna görə, yapon və misirli alimlər ərazini geniş, əhatəli tədqiq ediblər. Bunun üçün onlar həmin yerin dərinliyinə nüfuz edən radardan və elektrik tomoqrafiyasından istifadə etməli olublar. Bu, onlara boş ərazini qazmadan daha da dərindən tədqiq etmək imkanı yaradıb.

Araşdırmalar göstərib ki, yarım metrdən iki metrə qədər dərinlikdəki müəyyən bir ərazidə L formalı struktur yerləşir, bu yer isə təxminən 10 metr ölçüdədir. Tədqiqat müəllifləri belə hesab edirlər ki, bu, təbii formasiya nəticəsində əmələ gələ bilməz, çünki forma həddən artıq nizamlıdır, həm də yerləşdiyi yer təsadüfi bir qazıntı kimi görünmür.



Tədqiqatçıların ehtimalına görə, buradakı qumla doldurulmuş qədim struktur hətta daha dərinlikdəki strukturun tərkibində bir hissə də ola bilər, çünki 5 və yaxud 10 metr dərinlikdə axtarış aparan ən müasir texniki alətlər qayadakı heterojenliyi tam aydınlığı ilə göstərən anomaliya prosesini belə qeydə ala bilib.

Tədqiqatçıların fikrincə, ola bilsin ki, bura fərqli olan başqa bir məzarın yeri olub və həmçinin də elmi baxımdan çox məntiqli görünən maraqlı bir artefaktların gizlənə biləcəyi ayrıca tikilmiş gizli bir otaq üçün nəzərdə tutulub.

Alimlər və çox qiymətli tapıntının müəllifləri olan tədqiqatçılar yaxın gələcəkdə bu ərazidə yenidən böyük qazıntı işləri aparmağı düşünürlər.

Yaponiyanın, həmçinin bu tədqiqatlarda iştirak edən Misir alimlərinin fikrincə, növbəti araşdırmalar reallaşacağı zaman Gizadakı bu yeraltı tikilinin necə struktur olduğunu, qədim Misir ərazisində hansı rol oynadığını dəqiqliklə müəyyən etmək mümkün olacaq.



Oqtay QORÇU
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
reyting.az

1Mənbələr