AZ

Azərbaycan və Ermənistan arasında mühüm razılaşmalar əldə edilib



Ermənistanla Azərbaycan arasında çərçivə sazişi bağlanması istiqamətində ikitərəfli danışıqlar gedir. İki ölkə arasında mühüm razılaşmalar əldə edilib. Hətta Ermənistan Zəngəzur yolunun Azərbaycan təklif etdiyi "Kalinqrad formulunu" qəbul edib. Bununla Azərbaycan vətəndaşları Naxçıvana gedərkən heç bir yoxlamaya məruz qalmayacaq. Həmçinin tranzit yüklər istisna olmaqla, Azərbaycan yükləri yoxlanmayacaq.

Növbəti mərhələdə yekun sülh müqaviləsinin bağlanmasıdır. Ermənistan baş naziri Nikol Paşinyan yeni konstitusiya qəbul etməsi üçün referenduma getməlidir. Bununla, Azərbaycanla sülh müqaviləsi və Türkiyə ilə normallaşma konstitusiya zidd olmamalıdır. Həmçinin N. Paşinyan parlament respublikası sistemini ləğv edib, yarı prezident sisteminə keçəcək və səlahiyyəti öz əlində cəmləşdirən. Ermənistan rəhbərliyi Türkiyə idarəetmə sisteminə keçməsini hədəfləyir.

Qeyd edim ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi bağlandıqdan sonra regionda siyasi proseslər əhəmiyyətli şəkildə dəyişəcək. Rusiyanin regional siyasəti və regional təşkilatları fiaskoya uğrayacaq.

Məhəmməd Əsədullazadə
MCP Başqan müavini
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
2
newscenter.az

3Mənbələr