AZ

Rektor imtahana hazırlıqla bağlı tələbələrlə görüşdü - FOTO

Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov 2023/2024-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasına hazırlıqla bağlı tələbələrlə görüş keçirib.

         

Modern.az xəbər verir ki, rektor Yusif Yusibov imtahanlarda tələbələrə uğurlar arzulayaraq bildirib ki, imtahanqabağı ənənə halını almış görüşün keçirilməsində əsas məqsəd tələbələrin imtahanlara hazırlıq səviyyəsini öyrənmək, imtahanlarla bağlı çətinlik və problemlərini dinləmək, imtahanlara hazırlıq prosesində qarşıya çıxa biləcək çətinliklərin operativ həllinə nail olmaqdır.  

       

Rektor onu da bildirib ki, universitet rəhbərliyi hər zaman tələbələrin yanındadır və imtahanların yüksək səviyyədə keçirilməsi üçün lazımi şərait yaradılıb.

       

Görüşdə universitetin Tədris məsələləri üzrə prorektoru Şahin Xurşudov çıxış edərək imtahanların keçirilmə qaydaları barədə ətraflı məlumat verib. Prorektor bildirib ki, universitetdə imtahan sessiyasının mövcud əsasnaməyə uyğun keçirilməsi üçün lazımi şərait yaradılıb, imtahanların gedişinə operativ nəzarət etmək və tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədi ilə imtahan Qərargahı və Apellyasiya komissiyası təşkil edilib. O da diqqətə çatdırılıb ki, imtahanlar yazılı, test üsulu ilə, pilot layihə olaraq Biologiya müəllimliyi ixtisasında şifahi, yaradıcılıq tələb edən ixtisaslarda isə qabiliyyət formasında keçiriləcək. Sessiya zamanı üzrlü səbəbdən imtahanda iştirak etməyən və akademik borcu yaranmış tələbələrə təkrar imtahan vermək üçün şəraitin yaradılması nəzərdə tutulur.

         

Görüşdə rektor Yusif Yusibov tələbələrin imtahanlarla bağlı təkliflərini dinləyib və tələbələrin müraciəti əsasında bir sıra güzəştlərin tətbiq olunacağını bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
1
modern.az

2Mənbələr