AZ

Xaçmaz-Quba yolunda problem yarandı – FOTOLAR

Sel suları Xaçmaz-Quba yolunda avtomobillərin hərəkətini çətinləşdirib.

 

Viral.az xəbər verir ki, mayın 18-i Xaçmazda yağan qısamüddətli leysan yağışı nəticəsində yaranan sel suları avtomobil yolunda böyük gölməçə əmələ gətirib. Bununla əlaqədar sürücülər Xaçmaz-Quba yolunun Bakı-Quba-Rusiya Federasiyası sərhədi yeni avtomobil yolu ilə kəsişməsindəki keçiddə çətinliklə hərəkət edirlər. Suyun axarı olmadığından ərazidə 10-15 metr məsafədə 30-40 santimetr dərinliyində sel suları toplanıb.

 

Əraziyə Dövlət Yol Polisinin əməkdaşları cəlb olunub və müvafiq dövlət qurumlarına məlumat verilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
17
viral.az

10Mənbələr