AZ

"Sevilya" Navasla bağlı qərarını dəyişdi

"Sevilya"nın yarımmüdafiəçisi Xesus Navas klubda çıxışını davam etdirəcək.

90deqiqe.Az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki,38 yaşlı futbolçu ilə müqavilə bu ilin dekabr ayına kimi qüvvədə olacaq.

İki gün əvvəl "Sevilya" sosial şəbəkələrində futbolçu ilə müqavilənin yenilənməyəcəyini, karyerasının sonunda klubdakı vəzifələrdən birini almalı olduğunu bildirmişdi.

Xesus Navas doğma klubunda bütün yarışlarda 688 oyun keçirib, 37 qol vurub və tərəfdaşları üçün 119 məhsuldar ötürmə edib. Futbolçunun transfer dəyəri 3 milyon avro qiymətləndirilir.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
90deqiqe.az

1Mənbələr