AZ

Seksoloq: “Bəzi kişilər qadınların cinsi tələbini qarşılamadığı üçün boşanmalar artıb”

Statistika göstərir ki, son illər yeni ailə quran cütlüklər arasında boşanma faizləri xeyli artıb. Hazırda son rəqəmlərə görə, evlənən hər 3 cütlükdən 1-i boşanır. Bu isə özlüyündə istər demoqrafik vəziyyət, istərsə də cəmiyyətdəki ailə ənənələrinin davamlılığı üçün təhlükəli tendensiyadır.

İnsanlar arasında boşanmalar müxtəlif səbəblərlə izah olunur. Bəziləri sosial və psixoloji faktorları əsas göstərsə də, bir çoxları məsələnin kökündə cinsi problemin durduğunu düşünür. Daha aydın desək, partnyorların cinsi baxımdan bir-birilərinə uyğun olmaması məsələsi meydana çıxır. Bu iddialar nə dərəcədə doğrudur?

Medianews.az xəbər verir ki, yenisabah.az mövzu ilə bağlı seksoloq Təhmasib Cavadzadənin mövqeyini öyrənib.

O bildirib ki, bir çox hallarda cütlüklər arasında bir-birilərinin cinsi istəkləri qarşılanmır:

“Əslində, səbəblər bir-birindən fərqlidir. Digər faktorlar olduğu kimi, boşanma səbəbləri arasında cinsi münasibət də var. Məsələn, bəzən elə olur ki, cütlüklər arasında cinsi baxımdan uyğunsuzluq yaranır. Bəzən cinsi baxımdan qadın kişinin tələblərini qarşılanmır, bəzən isə əksinə olur, yəni, kişi qadının cinsi tələbini qarşılaya bilmir. Bu isə cinsi uyğunsuzluq əmələ gətirir. Digər tərəfdən bəzi hallarda xasiyyət uyğunsuzluğu olur, bundan isə cinsi uyğunsuzluq formalaşır. Tərəflər xasiyyətləri uyğun gəlmədiyi üçün bir-biriləri ilə daim mübahisə edir və avtomatik olaraq seks həyatı yaşanmır. Ona görə də, bir-birilərindən soyuyur və daha sonra ayrılırlar. Üstəlik, ayrılmaq hazırda daha da asanlaşıb. Düzdü, əvvəllər də rahat idi, amma indi boşanma anlayışının özü sadələşib və bəsitləşib”.

Seksoloq ölkəmizdə bəzi ailələrin emosional boşanma yaşadığını qeyd edib:

“Bir çoxları ailə quranda o anlayışda olur ki, əgər uyğun gəlməsək, ayrılarıq. Gənclərin bir çoxu evliliyi ailə həyatı qurmaq kimi deyil, müvəqqəti proses kimi görür. Artıq əvvəldən boşanma fikir formalaşır. Bəzən görürsünüz ki, ailəsi oğlanı güclə evləndirir, oğlan isə düşünür ki, bir müddət ailəli olum, daha sonra boşanaram. Bu qızlar üçün də keçərlidir. Faktorlar fərqli-fərqlidir, lakin boşanmada cinsi faktor üstünlük təşkil edə bilər. Elə olur ki, bir oğlan çox sayıda qızla gəzir və daha sonra evləndiyi xanımdan cinsi həyatında yaşadığı performansı gözləyir. Bunun fonunda isə ya ayrılıq, ya da emosional boşanma baş verir. Belə olanda ər-arvad arasında sadəcə sənəd üzərində evlilik olur, emosional olaraq isə heç bir yaxınlıq baş vermir. Belə ailələr isə Azərbaycanda yetərincə çoxdur”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
32
medianews.az

10Mənbələr