AZ

Yaponiyanın xarici işlər naziri qadınların cəmiyyətdəki rolu ilə bağlı açıqlamalarından geri çəkilib

Yaponiyanın

Yaponiyanın xarici işlər naziri Yoko Kamikava uşaq sahibi olmağın qadın üçün əhəmiyyəti ilə bağlı açıqlamasından geri çəkilib. Bu açıqlama tibbi səbəblərdən uşaq sahibi ola bilməyənlər tərəfindən təhqir kimi qəbul edilə bilər.

Bu barədə NHK telekanalı məlumat yayıb.

O deyib ki, təklifi ciddi qəbul edir: “Lakin mənim bəyanatım, ağlımda olan qadınların gücü ilə gələcəyi dəyişdirmək istəyindən fərqli olaraq qəbul edilə bilər. Bəyanatımı geri götürmək istəyirəm”.

Qeyd edək ki, mayın 18-də Sizuoka prefekturasının qubernator seçkilərində namizədlərdən birini dəstəkləyərkən Kamikava qadınların cəmiyyətdəki rolu ilə bağlı bir neçə bəyanat verib. Xüsusilə “uşaq doğurmayan qadın kimdir?” ifadəsini işlədib.

Yaponiyanın baş naziri Fumio Kişida Kamikavanın sözlərini şərh edərkən qeyd edib ki, siyasətçilər “yanıltıcı ifadələrdən çəkinməlidirlər”. Müxalifət partiyalarının nümayəndələri XİN rəhbərini tənqid edərək bildiriblər ki, onun bu sözlərini uşaqsız qadınların qadın olmadığı kimi şərh etmək olar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
4
xalqcebhesi.az

5Mənbələr