AZ

“Bayer” bunu bacarmış 3-cü komanda oldu

“Bayer”in erkən surətdə çempionluğunu təmin etdiyi futbol üzrə Almaniya Bundesliqasının 2023/2024 mövsümü başa çatıb.

Arena.az xatırladır ki, 34 oyundan 90 xall toplamış, məğlubiyyət tanımayan Leverkuzen təmsilçisi Bundesliqa mövsümünü yarış cədvəlinin zirvəsində bitirib.

Beləliklə, sözügedən komanda Almaniya Bundesliqasını məğlub olmadan başa vurmuş ilk klub kimi adına tarixə yazıb. “Əczaçılar” həmçinin Avropanın böyük futbol beşliyi ölkələrinin milli birinciliklərinin təmsilçiləri arasında mövsümü məğlub olmadan başa vurmuş 3-cü komanda olaraq, tarixi uğura imza atıblar.

“Bayer”ə qədər müvafiq nəticəyə 2003/2004-cü illər mövsümündə İngiltərə Premyer Liqasını qazanmış “Arsenal” və 2011/2012-ci illər mövsümündə İtaliya A Seriyasının qalibi olmuş “Yuventus” imza atıb.

Həmçinin vurğulayaq ki, Xabi Alonsonun çalışdırdığı “Bayer” tarixində ilk dəfə Almaniya Bundesliqasının qalibi olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
arena.az

1Mənbələr