AZ

Aleksandr Usik dünya çempionu olub

Britaniyalı boksçu Tayson Fyuri Səudiyyə Ərəbistanında baş tutan titul uğrunda döyüşdə ukraynalı Aleksandr Usikə uduzub.

90deqiqe.Az xəbər verir ki, döyüş 12 raund davam edib.Beləliklə, Usik 21-ci əsrdə ağır çəkidə ilk mütləq dünya çempionu olub.

Əvvəllər Fyuri karyerasında 35 döyüş keçirib və bu döyüşlərdə 34 qələbə qazanıb (24-ü nokautla). Bir də heç-heçə qeydə alınıb. Usik də öz növbəsində bu döyüşə qədər karyerasında 21 döyüş keçirib və hamısında qalib gəlib.

Əvvəlki döyüşündə Usyk 2023-cü ilin avqustunda britaniyalı Daniel Dubois üzərində qələbə qazanmışdı. Fyuri 2023-cü ilin oktyabrında əvvəlki döyüşündə Frensis Nqannounu məğlub edib.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
90deqiqe.az

1Mənbələr