AZ

Bakıda qəza hadisəsi baş verib

Bakının Yasamal rayonunda iki sərnişin avtobusu toqquşub.

APA xəbər verir ki, hadisə Abbas Mirzə Şərifzadə küçəsində baş verib.

"Xaliq Faiqoğlu" MMC-yə məxsus sərnişin avtobusu metronun 20 yanvar stansiyası istiqamətində hərəkətdə olarkən eyni istiqamətə gedən 194 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusuna çırpılıb. Qəza nəticəsində 6 nəfərin xəsarət aldığı bildirilir.

Hadisə yerinə 3 TTTYX-nin avtomobili və canlı briqadası cəlb edilib.

 

Bakıda sərnişin avtobusları qəza törədib, xeyli sayda yaralılar var - FOTO

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3624
43
apa.az

10Mənbələr