AZ

Basketbol: “Sabah” final seriyasında hesabı bərabərləşdirdi

Bu gün “Sərhədçi” İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) 2023/2024 mövsümünün final seriyasının ikinci oyunu baş tutub.

Arena.az xəbər verir ki, “Sabah” və “Xəzri” arasındakı çempionluq mübarizəsində ilk oyun ikincilərin qələbəsiylə yekunlaşmışdı.

Bugünkü qarşılaşmaya isə son çempion daha fəal başlayıb. Oyunun əvvələrindən rahat şəkildə üstünlüyü ələ keçirən “Sabah” yekunda 94:63 hesablı önəmli qələbə qazanıb. Bu qələbə ilə “Sabah” final seriyasında ümumi hesabı bərabərləşdirib – 1:1.

Qalib komandanın ən məhsuldar basketbolçusu Artyom Butyankov olub – 21 xal, 6 assist. “Xəzri”də isə Amil Həmzəyev fərqlənib – 21 xal, 7 ribaund.

Qeyd edək ki, final seriyasının üçüncü oyunu mayın 22-də yenə “Sərhədçi” İdman Mərkəzində baş tutacaq. Üçüncü qələbəyə ən tez çatan komanda baksetbol üzrə Azərbaycan çempionu olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
arena.az

1Mənbələr