AZ

DİQQƏT! Cavanşir körpüsünün sökülməsi ilə bağlı yol BAĞLANACAQ

Cavanşir körpüsü sökülmə işləri ilə əlaqədar saat 17:00-dan nəqliyyatın hərəkəti üçün qapadılacaq. 

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib. 

NİİM-dən bildirilib ki, söküntü ilə bağlı nəqliyyatın hərəkəti aşağıdakı müəyyən edilmiş sxem üzrə olacaq: 

▪️Yusif Səfərov küçəsindən mərkəz istiqamətində hərəkət 28 May küçəsindən olacaq. 

▪️Afiyəddin Cəlilov küçəsindən mərkəzə hərəkət edəcək nəqliyyat vasitələri Fəzail Bayramov küçəsinə yönləndirilməklə, hərəkətlərini - Sabit Orucov, Nizami küçələri istiqamətində davam etdirə biləcəklər. 

▪️S.Orucov və Nizami küçələrində isə öz növbəsində hazırkı hərəkətə əks istiqamətdə birtərəfli hərəkət təşkil olunacaq. 

▪️Nizami küçəsi vasitəsilə mərkəzə doğru hərəkət edəcək nəqliyyat vasitələri Kövkəb Səfərəliyeva və Puşkin küçələri vasitəsilə Üzeyir Hacıbəyli küçəsinə çıxa biləcəklər. 

▪️K.Səfərəliyeva küçəsindən Ü.Hacıbəyli küçəsinin şərqində mövcud istiqamət saxlanılaraq, əks istiqamətə də avtomobillərin hərəkətinə icazə veriləcək. 
▪️Mehdi Mehdizadə küçəsindən 28 May küçəsinə birbaşa çıxış məhdudlaşdırılacaq. Y.Səfərov küçəsində geriyə dönmədən istifadə etmək tövsiyə edilir. 

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
19
bizim.media

10Mənbələr