AZ

Sürücülərin NƏZƏRİNƏ: Bu yoldakı problem həll edildi 

Daha bir yolayrıcında sıxlıq azalıb.

Bu barədə Gundem.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, Yasamal rayonu, Əbdürrəhim bəy Haqverdiyev küçəsində, Hüseyn Cavid prospekti ilə kəsişmədə əvvəllər sol zolaqda olan nəqliyyat vasitələri sola dönən zaman düzünə hərəkət edən avtomobillər svetoforun qırmızı işığında gözləməli olurdular. Sözügedən vəziyyət isə yolda hərəkət intensivliyinin azalmasına və sıxlığın yaranmasına şərait yaradırdı.

“Problemi aradan qaldırmaq üçün Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları ərazidə təhlillər aparıblar. Həmin kəsişmədə Əbdürrəhim bəy Haqverdiyev küçəsi ilə hərəkət edən nəqliyyat axınının intensivliyini artırmaq məqsədilə yolda olan svetoforun sola dönmə faza vaxtında düzünə hərəkətə icazə verilib. Bununla da sol zolaqda olan nəqliyyat vasitələri sola dönərkən eyni vaxtda digər avtomobillər düzünə gedə biləcəklər”, - qurumdan bildirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
12
gundem.az

10Mənbələr